Cənub bölgəsindən "Vətəninfo.az"a daxil olan məlumata görə bir neçə gündür ki, naməlum şəxslər Lerik, Lənkəran, Astara, Masallı və digər bölgələrdə yaşayan Talış etnik qrupuna mənsub şəxslərin yaşadıqları evlərin divarlarına ay-ulduz şəkilləri çəkirlər. Hələlik bu işarələmənin nə məqsədlə edildiyi bilinmir.
Xatırladaq ki, son günlər İran tərəfi Cənub bölgəsində geniş təbliğat aparır, etnik qarşıdurma yaratmağa çalışır. Bu məqsədlə hazırda Hollandiyada yaşayan separatçı Əlikram Hümbətovla bir neçə dəfə görüş keçirilib. Bu məsələdə Əlikram Hümbətovdan istifadə edilməyə çalışırlar.
Sözügedən faktla bağlı Daxili İşlər Nazirlinin şöbə rəisi Orxan Mansurzadə ilə əlaqə saxladıq. O. Mansurzadə bildirdi ki, bu məlumatın heç bir əsası yoxdur:
"Bu məsələdə məqsəd Azərbaycan türkləri ilə Talış etnik qrupunun arasında nifaq salmaq ola bilməz. Hilal və ulduzun müsəlman dünyasında xüsusi yeri var. Nəzərə alaq ki, Cənub bölgəsi də dinə çox bağlı bir ərazidir. Hansısa uşaq divara ay-ulduz şəkli çəkibsə, bunu başqa mənaya yozmaq lazım deyil. Bizdə olan məlumata görə, bu hal kütləvi deyil və kimlərsə tərifindən təşkil olunmur".
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?