“Narkomaniyaya yox deyək!”

“Narkomaniyaya yox deyək!”

Qaradağ rayonunun Müşviqabad qəsəbəsində Mədəniyyət evində “Narkomaniyaya yox deyək!” mövzusunda gənclər ilə görüş keçirilib.
Tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiya”sının məsul katibi Firidun Hüseynov, rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov, Bakı şəhəri Narkoloji dispanserin baş narkoloqu Lüdmila Cəfərova, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Qaradağ Rayon Komitəsnin sədri Zümrüd Rzayeva, məktəb müəllimləri və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Qaradağ Rayon İcra Hakimiyyəti başçısı aparatının nəzdində fəaliyyət göstərən “Yetkinlik Yaşına Çatmayanların İşləri və Hüquqlarının Müdafiəsi üzrə komissiya”sının məsul katibi Firidun Hüseynov gənc nəslin sağlam həyat tərzinin təmin olunmasının zəruriliyindən danışaraq bu sahənin daima rayon rəhbərliyinin diqqət mərkəzində olduğunu qeyd edib. Bildirdi ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı vaxtilə ümummilli lider Heydər Əliyev tərəfindən başlanan, hazırda davam etdirilən mübarizə dövlətimizin maraqlarının qorunmasının prioritet istiqamətlərindəndir. Bu sahədə fəaliyyətin səmərəsini artırmaq məqsədilə Prezident İlham Əliyev cənablarının 2007-2012-ci və 2013-2018-ci illəri əhatə edən "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi və narkomanlığın yayılması ilə mübarizə üzrə Dövlət Proqramı"nı təsdiq edib.
Daha sonra çıxış edən digər natiqlər də dünyada, eləcə də respublikamızda narkomaniya ilə mübarizə sahəsində xeyli işlərin görülməsinə baxmayaraq, hələ də bu sahədə problemlər yaşanmaqda olduğunu diqqətə çatdırıblar. Dünyada narkomanlıq xəstəliyinə tutulanların eləcə də, narkotika ilə bağlı olan cinayətlərin sayının artmaqda davam etməsinin neqativ və ağır nəticələrə səbəb olduğu fikri səsləndirilib.
Tədbirin sonunda iştirakçılara mövzuya uyğun broşürlər paylanılıb.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az