Nazir tapşırıq verdi, Ordunun bütün rəhbərləri toplandı FOTOLAR

Nazir tapşırıq verdi, Ordunun bütün rəhbərləri toplandı FOTOLAR

Hərbi texnika və atıcı silahlardan atışlar icra olundu

Silahlı Qüvvələrin rəhbər heyəti toplandı. Müdafiə Nazirliyindən Miq.Az-a verilən məlumata görə, bütün rəhbər heyətinin iştirakı ilə  toplantı keçirilir.
Müdafiə nazirinin müavinləri, Silahlı Qüvvələrin növləri və qoşun qisimləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik və birləşmə komandirləri, qərargah rəisləri və digər məsul zabitlərin iştirak etdiyi toplantıdan əvvəl şəxsi heyətin sıra baxışı keçirilib.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ordu qarşısında qoyduğu tapşırıqları diqqətə çatdıran Müdafiə naziri general-polkovnik Zakir Həsənov toplantının keçirilməsi ilə bağlı ümumi tapşırıqlar verib və əsas istiqamətlər üzrə vəzifələri müəyyən edib.

İştirakçılardan hərbi nizamnamələr, rəhbəredici və digər normativ hüquqi   sənədlər üzrə məqbullar qəbul edilib və şəxsi heyətin fiziki hazırlığının səviyyəsi yoxlanılıb.
Çöl-səhra şəraitində təşkil olunmuş təlim sahələrində hərbi texnika və atıcı silahlardan atışlar icra olunub.
 
 
 
Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az