Nazir yeni təyinat etdi (FOTO)

Nazir yeni təyinat etdi (FOTO)

Azərbaycan Respublikası səhiyyə naziri Oqtay Şirəliyev Respublika Narkoloji Mərkəzinə yeni baş həkim təyin edib.

Miq.Az  xəbər verir ki, Oqtay Şirəliyevin müvafiq əmri ilə Araz Manuçəri Respublika Narkoloji Mərkəzin baş həkimi təyin edilib.

Xatırladaq ki, Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla əlaqədar mərkəzin direktoru Telman Məmmədhəsənov həbs olunub.

Sözügedən xəbəri Unikal.org-a  Səhiyyə Nazirliyin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova təsdiqləyib.

Qeyd edək ki, Araz Manuçəri 2 saylı Psixiatrik Kliniki Xəstəxananın baş həkimi olub.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az