Nazirlər Kabineti yeni qərarlar qəbul edib

Nazirlər Kabineti yeni qərarlar qəbul edib

Nazirlər Kabineti (NK) yeni qərarlar qəbul edib. “Vətəninfo”nun NK-nın mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin yeddinci abzasını rəhbər tutaraq, büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi məqsədi ilə Nazirlər Kabineti “Büdcədən maliyyələşdirilən müəssisələrdə, təşkilatlarda çalışmış, özlərindən asılı olmayan səbəblərə görə iş yerindən məhrum olmuş və işlə təmin olunmamış məcburi köçkünlərin sosial müdafiəsi üzrə əlavə tədbirlər haqqında” qərar qəbul edib. Bu qərar 2012-ci il yanvarın 1-dən qüvvəyə minir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 9 avqust tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”nin 16-cı hissəsinə əsasən, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təklifini nəzərə alaraq Nazirlər Kabineti “Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollegiyasının tərkibi haqqında” özünün 2006-cı il 8 dekabr tarixli qərarında dəyişikliklər edilməsi barədə qərar qəbul edib. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2011-ci il 30 dekabr tarixli 284-IVQD nömrəli Qanununun tətbiqi və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 12 aprel tarixli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 20 yanvar tarixli Fərmanının 1.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti “Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”, “Dövlət reyestr kitabı”, “Qeyri-kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı haqqında şəhadətnamə”, “Təhsil müəssisələrinin dövlət qeydiyyatı haqqında şəhadətnamə”, “Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrindən çıxarışın forması və çıxarışda göstərilən məlumatların həcmi” və “Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatına alınması barədə ərizənin forması”nın təsdiq edilməsi haqqında” özünün 2005-ci il 13 aprel tarixli qərarında dəyişiklik edilməsi barədə qərar qəbul edib. Hər iki qərar aprelin 9-dan – imzalandıqları gündən qüvvəyə minib. “Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli Fərmanının 4.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Nazirlər Kabineti “Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktlarının rəsmi dərc edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” qərar qəbul edib. Bu qərar aprelin 11-dən – imzalandığı gündən qüvvəyə minib. Nazirlər Kabinetinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, bu qərarların tam mətni ilə Nazirlər Kabinetinin www.cabmin.gov.az ünvanlı internet saytında və Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda tanış olmaq mümkündür.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az