Nazirlərin görüşü başladı

Nazirlərin görüşü başladı
 Polşanın Krakov şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Elmar Məmmədyarovla Edvard Nalbandyan arasında görüş başlayıb.

"Report" xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi müzakirə edilir. 
XİN başçılarının danışıqlarından əvvəl isə E.Məmmədyarov ATƏT-in Minsk qrupunun həmsədrləri - Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) ilə görüşüb.
Qeyd edək ki, Azərbaycan və Ermənistan XİN başçılarının sonuncu görüşü dekabrın 7-də ATƏT Xarici İşlər Nazirləri Şurasının Avstriyanın paytaxtı Vyanada keçirilən iclası çərçivəsində baş tutmuşdu.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az