Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) internat məktəblərini bitirmək ərəfəsində olan və valideyn himayəsindən məhrum olmuş gənclərin gələcəkdə əmək bazarına çıxışının asanlaşdırılması və məşğulluğunun dəstəklənməsini diqqətdə saxlayır.
Vətəninfo.az APA-ya istinadla xəbər verir ki, bu məqsədlə ƏƏSMN yanında Dövlət Məşğulluq Xidməti tərəfindən ilk dəfə olaraq Təhsil Nazirliyinin Bakının Bilgəh qəsəbəsində yerləşən 11 nömrəli internat məktəbinin son sinfində təhsil alan və valideyn himayəsindən məhrum olan 12 nəfər gənc üçün peşə hazırlığı kursu təşkil edilib.
ƏƏSMN-nin Bakı Regional Peşə Tədrisi Mərkəzində (Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə 44) həmin gənclərə təcrübəli mütəxəssislər tərəfindən peşə təliminin keçilməsinə başlanıb.
Üç ay ərzində davam edəcək kursun başa çatması həmin gənclərin internat məktəbini bitirməsi ilə eyni vaxta təsadüf edəcək. Kursu bitirən gənclərin yeni yiyələndikləri peşə üzrə məşğulluğu təmin olunacaq. Bununla əlaqədar artıq aidiyyəti işəgötürənlərlə razılıq əldə olunub.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?