Vətəninfo.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, milli mentalitetə, cəmiyyətimizdə bərqərar olmuş yüksək əxlaqi, mənəvi dəyərlərə zidd olan belə hallara təəssüf ki, hələ də rast gəlinir.
Eyni zamanda qeyd olunub ki, nazirliyin aidiyyəti xidməti və ərazi polis orqanları bu qəbildən olan faktlara qarşı ciddi mübarizə aparır. Belə ki, bu ilin birinci rübündə təkcə nazirliyin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi tərəfindən ictimai mənəviyyat əleyhinə olan 27 belə fakt aşkarlanıb ki, bunların da 21-i mənzillərdə, 6-sı isə iaşə obyektlərində əxlaqsızlıq yuvalarının təşkili ilə əlaqədar olub. Həmin faktların hər bir barəsində cinayət işi başlanılıb, istintaq aparılıb. Təkcə ötən il sözügedən qurum tərəfindən ictimai mənəviyyat əleyhinə olan ümumilikdə 120 cinayət müəyyən edilib ki, onlar barəsində də qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?