“Neftçi” braziliyalı futbolçu gətirdi

“Neftçi” braziliyalı futbolçu gətirdi

"Neftçi” növbəti transferini reallaşdırmağa hazırlaşır.

Vətəninfo.az Apasport.az-a istinadən xəbər verir ki, "ağ-qaralar” baxışa legioner dəvət ediblər.

 Braziliyalı futbolçu Jairo Rodriges Filyo dünən axşam saatlarında paytaxtımıza gəlib. Müdafiəçi bu gün "Neftçi”nin səhər məşqində iştirak edib. Məşqçilər heyəti müsbət rəy verəcəyi təqdirdə, paytaxt təmsilçisi Filyo ilə müqavilə imzalayacaq.

 Qeyd edək ki, 31 dekabr 1992-ci ildə Braziliyada dünyaya göz açmış Jairo Rodriges Filyo bunadək Braziliyanın "Amerika” (2011-2012), Bolqarıstanın "Botev” (2012-2014) və Portuqaliyanın "Trofense” (2014-2015) klublarında çıxış edib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az