"Nəsimi bazarı" yaxınlığında OLAY: Kişiyə 5 bıçaq zərbəsi vurub qaçdı

Bakının Nəsimi rayonunda bir nəfərin bıçaqlanması ilə nəticələnən dava baş verib.

Miq.az "Report"
a istinadən xəbər verir ki, "Nəsimi bazarı" kimi tanınan ərazi yaxınlığında 1980-ci il təvəllüdlü Kələntərov Xaliq Yusif oğlunun Elmar adlı şəxslə mübahisəsi düşüb.
Nəticədə X.Kələntərova beş bıçaq zərbəsi vurulub. Yaralı təcili olaraq xəstəxanaya yerləşdirilib.
Nəsimi Rayon Polis İdarəsi faktla bağlı araşdırma aparır.
Hadisəni törədən şəxs oradan qaçıb. O, taksi sürücüsü kimi fəaliyyət göstərir.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az