“Nikoil Bank”ın axtarışda olan sabiq sədri Moskvada saxlanıldı

“Nikoil Bank”ın axtarışda olan sabiq sədri Moskvada saxlanıldı

"Nikoil Bank”ın İdarə Heyətinin keçmiş sədri Vasili Xamaza Moskvada saxlanılıb.


"Report” xəbər verir ki, bu barədə "Moskva” Şəhər Xəbərləri Agentliyinə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.

Qeyd edək ki, V.Xamaza Azərbaycanda maliyyə vəsaitlərinin mənimsənilməsində və vəzifə səlahiyyətlərdən sui-istifadə etməkdə ittiham olunur. O, Azərbaycan tərəfdən beynəlxalq axtarışa verilmişdi.

Xatırladaq ki, 2017-ci ilin payızında Azərbaycan KİV-də V.Xamazanın 2005-ci ildən 2017-ci ilin iyuluna qədər olan müddətdə rəhbərlik etdiyi "Nikoil Bank”dan 20 milyon manatdan çox vəsaiti mənimsədiyi barədə məlumatlar dərc olunub.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az