“O qədər özəl şirkətlər var ki,..” - AzTV-dən gedən rəis

“O qədər özəl şirkətlər var ki,..” - AzTV-dən gedən rəis

"AzTV-dən öz ərizəmlə çıxmışam. Kimsə məni işimdən çıxarmayıb. Alışanovun dövründə deyil, bir neçə gün bundan qabaq ərizə yazmışam”.  

Miq.Az xəbər verir ki, bunu Modern.az-a açıqlamasında AzTV-nin Maliyyə idarəsinin sabiq rəisi  Şahrza Əliyev deyib.

Ş.Əliyev bildirib ki, onun fəaliyyətiylə bağlı audit yoxlamalarının aparıldığı barədə xəbərlər doğru deyil: "Bircə onu deyə bilərəm ki, heç bir audit yoxlamaları aparılmır”.

Şahrza Əliyev gələcək fəaliyyətindən də söz açıb: "Bir müddət təhsil sahəsində çalışmışam. Təbii ki, bizə ehtiyac olacağı təqdirdə yenidən təhsil sahəsinə qayıtmağımız mümkün ola bilər. İxtisasca iqtisadçıyam. Harada olsa, özümə iş tapmaq gücünə malikəm. O qədər özəl şirkətlər var ki!.. İqtisadçılara həmişə ehtiyac var. Ona görə də işdən çıxmağımla bağlı heç bir problem yoxdur”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az