«Oba»da qiymətlərin niyə ucuz olmasının sirri bilindi — Marketlər Şəbəkəsindən AÇIQLAMA (FOTO)
""Oba” marketindən kərə yağı adı ilə "Alpen Food” yağı aldım. Qiyməti 4.99 AZN idi. Dəfələlərlə soruşdum ki, bu marqarindir. Satıcı dedi ki, yox.”
Miq.az-ın məlumatına görə, bu barədə Kamal Bilalov «Oba» marketlər şəbəkəsinin Facebook səhifəsinə yazıb.
Narazı sakin satıcıdan kərə yağının niyə bu qədər ucuz olduğunu sorub. Satıcı isə belə cavab verib: "Ukraynadan tonlarla gətizdirdiyimizə görə ucuzdur”.
K.Bilalov deyir ki, evdə məlum oldu ki, yağ marqarindir.
Facebook səhifəsinə nəzər salanda "Oba” merketlər şəbəsinin Kamil Bilalova heç bir cavab vermədiyi görünür. Sakin eyni hadisə ilə Hövsanda, Nərimanov rayonunda yerləşən "Oba” marketində qarşlaşdığını bildirir.
Miq.az