Onu bizdən ayıran ölüm və ya...ömrümün sonuna qədər SƏNƏ borcluyam
Deyirlər dağın əzəməti, vüqarı, ucalığı, gözəlliyi ona uzaqdan baxanda daha yaxşı görünür. Səlim dayımın isə bir dağ kimi ucalığı, vüqarı, əzəməti elə ona yaxın olanda da görünmüşdür.
Indi isə onu bizdən ayıran ölüm (bu sözü çox çətinliklə deyə bilirəm) onun vüqarını əzəmətini daha da artırıb. Səlim dayım respublikamızda, əsasən də cənub bölgəmizdə tanınan bir ziyalı olub. O nəyin ki tanıdığı insanların, hətta da tanımadığı və ona kömək üçün müraciət edən insanların da dayağı olub. Dayımın kəndimizin ilk ziyalılarından biri kimi zonamızda çoxlu sayda ziyalıların yetişdirilməsində xüsusi rolu olmuşdur. Mən bir bacıoğlu kimi ömrümün axırına qədər ona borcluyam. O aramızdan getsə də mənim qəlbimdə həmişə yaşayacaqdır.
Fotoda: Səlim Ağayev və bacısı Bacıxanım Ağayeva
Yerin cənnət olsun! Mən inanıram ki, sənin yerin cənnətdir. Sənin bu dünyada qazandığın xeyirxah əməllərin buna sübutdur.
Səlim dayımın əziz xatirəsi onu tanıyanların qəlbində əbədi yaşayacaqdır!
Allah rəhmət eləsin!
Murad Məmmədov
Miq.Az