Heydər Əliyev Fondunun xərçəngdən əziyyət çəkən jurnalist Gülər Məmmədovanın müalicəsini öz üzərinə götürməsi ümidləri daha da artırıb.
Məlumat üçün bildirək ki, Gülər Məmmədova kəskin miyeloblast leykoz xəstəliyindən əziyyət çəkir. O, sümük iliyinin transplantasiyası kimi ağır müalicə qəbul edir. Xəstəliyin müalicəsi üçün 110 min dollara ehtiyac vardı.
Onun həyat yoldaşı, ANS telekanalının xəbərlər xidmətinin baş redaktoru Murad Hüseynov Modern.az saytına açıqlamasında Gülərin Heydər Əliyev Fondunun dəstəyindən sonra da müalicəsini Türkiyədə davam etdirəcəyini açıqlayıb:
“Özüm Bakıdayam, uşaqlar da yaxşıdır. Gülər İstanbuldakı Anadolu Sağlıq Mərkəzində müalicə alır. Şükürlər, indi o da yaxşıdır”.
Murad Hüseynov həyat yoldaşı ilə görüşün yalnız həkimlərin icazəsi ilə reallaşdığını vurğulayıb: “Tez-tez görüşə icazə yoxdur. Ötən dəfə mən görüşmüşəm, 60 gündən sonra başqa bir adam onunla görüşəcək”.
Modern.az
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?