PA-nın şöbə müdiri: Banklarla bağlı 52 cinayət işi məhkəmələrə göndərilib

PA-nın şöbə müdiri: Banklarla bağlı 52 cinayət işi məhkəmələrə göndərilib
 
"2016-cı il Azərbaycan iqtisadiyyatı üçün mürəkkəb və çətin illərdən biri olub, xüsusilə, bank sisteminin fəaliyyəti vətəndaşları daha çox narahat edib və Prezident Administrasiyasına bank əməliyyatları, kreditlərin verilməsi mövzusunda müraciətlər çox olub”.

Miq.Az "Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov bildirib.

Onun sözlərinə görə, müvafiq qurumlar tərəfindən araşdırılan bu müraciətlərlə əlaqədar lazımi tədbirlər görülüb və görülməkdədir: 

"Təkcə bank məsələləri üzrə Baş Prokurorluq tərəfindən 52 cinayət işi araşdırılaraq baxılmaq üçün məhkəmələrə göndərilib. 

Belə hallara bəzi sığorta şirkətlərində də yol verilib və onlar müvafiq məsuliyyətə cəlb ediliblər. 

Hazırda bank sisteminin sağlamlaşdırılması istiqamətində önəmli addımlar atılır və bu sahədə ciddi dönüş yaradılacağı şübhə doğurmur”.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin yekunlarına həsr olunmuş iclasında bank sektorunun fəaliyyəti haqqında danışarkən deyib ki, Azərbaycan iqtisadiyyatına ən böyük zərbə vuran bank sektoru olub: 

"Ona görə, bu sektorun təmizlənməsi, sağlamlaşdırılması, şəffaflaşması, beynəlxalq standartlara uyğunlaşması istiqamətində bu il də ciddi addımlar atılacaq. Qanunu pozan şəxslərə qarşı bundan sonra da ciddi mübarizə aparılacaq”.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az