Partlayışda yaralananlarla bağlı yeni məlumat

Partlayışda yaralananlarla bağlı yeni məlumat
Müdafiə Sənayesi Nazirliyi Şirvanda baş verən partlayışda xəsarət alanlarla bağlı yeni məlumat yayıb.

Qurumdan verilən məlumata görə, "Araz” zavodunda baş vermiş hadisə nəticəsində xəsarət alanların səhhəti Müdafiə Sənayesi Nazirliyi tərəfindən diqqətdə saxlanılır.

Bildirilir ki, həkim nəzarətində müalicələrinin davam etdirilən üç nəfərdən biri də evə buraxılıb, qalan ikisinin isə müalicəsi davam etdirilir.

Qeyd edək ki, iyulun 26-da saat 15:30 radələrində Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən "Araz” zavodunun utilizasiya sahəsində partlayış baş verib. 

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az