Prezidentin "Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişiklikləri geri qaytaracağı gözlənilir
Səlim Müslümovun təcili olaraq Prezident Aparatına çağırılması səbəbsiz deyil
Ötən həftə gözlənildiyi kimi, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun xalqa yeni "töhvəsi” olan, Milli Məclisinin Əmək və Sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin əhaliyə hökumətin böyük "lütvü” kimi təqdim etdiyi"Əmək pensiyaları haqqında” qanuna əlavə və dəyişikliklər Milli Məclis tərəfindən təsdiqləndi. Deputatların əksəriyəti bu dəyişiklikərini lehinə səs verdi(cəmi 3 millət vəkili əlehinə səs verib-red.).Ancaq əhalinin böyük qismi bu dəyişikliklərin gerçək mahiyyəti və məqsədindən, həmçinin gözlənilən nəticələrindən xəbərsizdir. Doğrudur, mətbuatda pensiya yaşının 65 yaşa çatdırılması müəyyən qədər müzakirə və tənqid olundu. Ancaq bu qanuna edilən 98(!) dəyişikliyin yaratdığı ən ciidi fəsad – pensiyanın baza hissəsi məvhumunun aradan qaldırılması nəzərdən qaçırıldı.
Belə ki, artıq hər bir əmək pensiyaçısı üçün nəzərdə tutulan 110 manatlıq minimum aradan götürülür. Yeni qanunda yalnız Dövlət Sosial Müdafiə Fonduna (DSMF) 15 840 manat, yəni 110 manatın 144 mislini ödəyənlər 110 manat pensiyaya ümid edə bilərlər.Bu isə, kifayət qədər böyük və əhalinin böyük qismi üçün əlçatmaz rəqəmdir. Birincisi, bu dəyişiklik hüququn baş prinsipi – qanunun vətandaşların ziyanına geriyə qüvvəsi olmaması müddəasına ziddir.Yəni, bugün yaşı 63-ü haqlayaraq pensiyaya çıxmalı olan və DSMF-ə indiyə qədər 10 min manat ödəniş edən şəxs daha 6 ay gözləməlidir.
Ən
biabırçısı və absurd görünən isə odur ki, DSMF-ə həmin müddətdə əlavə 5840
manat ödəməlidir ki, 110 manat pensiya ala bilsin! Ya da, həmin 5840 manatı
ödəyənə qədər işləməlidir. Bu isə 10 il, hətta 20 il və daha çox da çəkə bilər.
Digər bir məqam – pensiyanın baza hissəsinin varlığı insanlara DSMF-ə ödədiyi
məbləğdən asılı olmayaraq, minimum pensiya almaq imkanı verirdisə, indi xüsusən
də sosial-siyasi cəhətdən həssas olan kənd və rayon əhalisi bu imkandan məhrum
edilir.Bu o deməkdir ki, pensiya
yaşına çatan təqribən 1,7 milyon nəfər kənd əhalisi ümumiyyətlə pensiya
almayacaq!
Və ümidi yalnız 55
manat müavinətə qlacaq. Özü də bu, təkcə kənd əhalisinə
deyil, şəhərdə yaşayan və aşağı əmək haqqı alanlara, sahibkarlıqla məşğul olan
fiziki şəxslərə, onların işçilərinə və ümumiyyətlə işlə təmin olunmayanlara da
aiddir.
Təqribi
hesablamalar göstərir ki, bu gedişlə təqaüd yaşında olan əhalinin yarısından da
çoxu – 52 faizi ümumiyyətlə pensiyadan məhrum olacaq.
Qanun dəyişikliyinin tətbiqi isə bu ilin iyulundan başlayacaq.Başqa sözlə, əhali Milli
Məclisin "alqışlarla” təsdiqlədiyi dəyişikliyin ziyanını iyuldan etibarən hiss
edəcək. Bunun həmin vaxt xüsusilə də bölgələrdə böyük etirazlar yaratmayacağına
isə heç kim təminat verə bilməz.
Ancaq görünür, pensiya qanununa edilən dəyişikliklərin mümkün
mənfi nəticələri artıq siyasi hakimiyyət tərəfindən də nəzərə alınmaqdadır.
Qanun dəyişikliklərinin parlament iclasında müzakirəsi zamanı əmək və əhalinin
sosial müdafiəsi naziri Səlim Müslümovun təcili olaraq prezident tərəfindən
çağırılması və nazirin iclası yarımçıq tərk etməsi də sözsüz ki, səbəbsiz
deyil.
Böyük
ehtimalla ölkə başçısı naziri oraya tərifləmək üçün dəvət etməyib. Əgər qanun
layihəsi ölkə başçısını təmin etsəydi, naziri yəqin ki, həmin gün və həm də
iclas gedərkən yanına çağırmazdı.
Digər tərəfdən, pensiya qanununa edilən bu dəyişikliklərin ölkənin siyasi rəhbərliyinə qarşı təxribat olduğunu da istisna etmək çətindir.Çünki bu dəyişiklikdən sonra büdcənin qənaət edəcəyi məbləğ o qədər də böyük və əhmiyyətli olmayacaq. Əvəzində bunun yarada biləcəyi sosial və siyasi narazılıqların miqyasını təsəvvür etmək heç də çətin deyil.
Sözsüz ki, ölkə başçısı da bu
ehtimalları nəzərə alır. Ona görə də, məntiq və təhlillər onu göstərir ki,
prezidentin bu qanun layihəsindən narazı qalması və onu parlamentə geri
göndərməsi ehtimalı olduqca yüksəkdir.Artıq təcrübədə də belə hallar mövcuddur.
Məsələn, prezident sahibkarların çoxsaylı müraciətləri əsasında "Valyuta
tənzimi haqqında”, həmçinin "Kənd Təsərrüfatında İnformasiya-məsləhət xidməti
haqqında” qanunları geri qaytarıb. İyula qədər hələ 4 ay var və pensiya yaşına
çatan əhalinin sayı və ehtiyacları sahibkarlara nisbətən qat-qat çoxdur.
Bu üzdən də ölkə başçısının pensiya qanununa edilən dəyişiklikləri geri
qaytarması gözləniləndir. Əhalinin də böyük qismi məhz buna ümid edir.
Digər
tərəfdən, hamı bilir ki, hər cür siyasi və mənəvi məsuliyyət hissini itirən bir
çox deputat və məmurlar belə qanun layihələrini prezidentin masasının üstünə
"uf” demədən göndərməkdən qətiyyən utanmır. Bunun gələcək siyasi sorumluluğunu
isə nə Səlim Müslümov, nə də Hadı Rəcəbli daşıyacaq… //AzPolitika.info
Miq.az