Azərbaycan Mərkəzi Bankı (AMB) bir bankın plastik kartlarını digər bankın bankomatlarında komissiya ödəmədən istifadə etməyə imkan verəcək interfeys hazırlamağı planlaşdırır. Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib.
Söhbət Azərbaycan Beynəlxalq Bankı (ABB) və "Kapital Bank"ın buraxdığı pensiya kartlarından gedir.
Onun sözlərinə görə, hazırda AMB milli ödəniş sisteminin təkmilləşdirilməsi üzrə böyük texniki layihə reallaşdırır. Bu layihə çərçivəsində DSMF və Mərkəzi Bank istənilən bankın bankomatlarından faizsiz istifadə etmək məqsədilə interfeysin yaradılması layihəsi üzrə razılıq əldə ediblər.
E.Mehdiyev vurğulayıb ki, pensiya sistemində bir çox islahatlar banklar arasında bu interfeysin yaradılmasından asılıdır: "Hazırda belə sistemimiz yoxdur. DSMF sistemin yaradılmasından sonra ona qoşula bilər".
Qeyd edək ki, ABB və "Kapital Bank"ın bank xidmətlərinə görə komissiyanı DSMF ödəyir.
Trend
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?