Dünən Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən gözəllik salonunda kütləvi dava olub.
“Vətəninfo.az”a daxil olan məlumata görə,özünü həkim adlandıran (əslində o həkim deyil) Qubanın Xınalıq kəndindən olan Qəribov Xirman Oruc oğlu salona daxil olaraq dava salıb. O, əslən naxçıvanlı olan salonun saç ustası İlkanə, Qazaxdan olan Aliyə və salonun müştərisi olan qadına hücum edib. Müştərinin nişanlısı hadisəyə müdaxilə edib və əlbəyaxa dava başlayıb. Məlumata görə, Nəsimi rayonu 19-cu polis bölməsinin əməliyyatçıları salondakı davaya müdaxilə ediblər. Hazırda Qəribov Xirman Oruc oğlun hadisə zamanı burnu sındığı üçün Musa Nağıyev adına xəstəxanada əməliyyat olunur. Polisin onu həbs edəcəyi isə bəlli deyil. Salondakılar polisdən fırıldaqçı həkimin nə zaman həbs olunacağını soruşduqda“Xırmanı tapa bilmirik” cavabını alıblar.
Qeyd edək ki, Qəribov Xirman Oruc oğlu hər yerdə özünü xərçəng xəstəliyini müalicə edən həkim kimi təqdim edir. Lakin o həkim deyil.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?