Polisə çağırılan köçkünün müəmmalı ölümü

Polisə çağırılan köçkünün müəmmalı ölümü

Sabunçu rayonu 12-ci polis bölməsində Kəlbəcər köçkünü və şəhid ailəsinin üzvünün döyüldüyü və xəstəxanada öldüyü haqda məlumatlar yayılıb.

Sabunçu Rayon Xəstəxanasının travmatologiya şöbəsinin adının çəkilməsini istəməyən əməkdaşı "Azadlıq" radiosuna ötən şənbə Şaiq Sadıqov adlı bir nəfərin xəstəxanada əməliyyat olunduğunu, ertəsi gün keçindiyini bildirib.

Şöbədən verilən məlumata görə, həmin şəxsə baş-beynin əzilməsi, boyundaxili hematoma diaqnozu qoyulub: "Anasının xəstəxanada dediyinə görə, onu Sabunçu rayonu 12-ci polis bölməsində döyüblər”.

Sabunçu rayon 12-ci polis bölməsinin növbətçi hissəsindən kapitan Dadaşov radioya bildirib ki, həqiqətən bölməyə bir nəfər çağırılıb (kapitan onun adının deyəsən Şaiq Sadıqov olduğunu deyib), dindirilib və qeydiyyata alınıb: "Amma onu heç kəs döyməyib. Bura biz yüz adam çağırıb dindiririk. Adi qaydada evinə buraxılıb və sonradan qohumunun yanında qəflətən halı pisləşib, yəqin hansısa xəstəliyi olub, xəstəxanaya yerləşdirilib və orada vəfat edib”.

Amma kapitan Dadaşov həmin şəxsin bölməyə hansı məsələ ilə bağlı çağrıldığından xəbərsiz olduğunu deyib.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az