Prezident seçkilərinin qalibi Putin elan olundu

Prezident seçkilərinin qalibi Putin elan olundu

Rusiya Mərkəzi Seçki Komissiyası (MSK) martın 18-də keçirilən prezident seçkilərinin yekun rəsmi nəticələrini açıqlayıb.

Hazırkı prezident Vladimir Putin seçicilərin 76,69 faizinin səsini toplayaraq qalib gəlib.

Ona 56 milyon 430 min 712 seçici səs verib.

İkinci yerin sahibi Kommunist Partiyasının namizədi Pavel Qrudinin olub. O, 11,77 faiz səs toplaya bilib. Üçüncü yerdə 5,65% səslə Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski qərarlaşıb.

Dördüncü yeri 1,68 faiz səslə Vətəndaş Təşəbbüsü Partiyasının namizədi, tanınmış telejurnalist Kseniya Sobçak, beşinci yeri 1,05 faiz səslə "Yabloko" Partiyasının namizədi Qriqori Yavlinski, altıncı yeri İnkişaf Partiyasından olan namizəd Boris Titov (0,68 faiz), yeddinci yeri 0,68 faiz səslə Rusiya Kommunistləri Partiyasının namizədi Maksim Suraykin, sonuncu yeri isə Rusiya Ümumxalq Partiyasının namizədi Sergey Baburin (0,65 faiz) tutub.

Mərkəzi Seçki Komissiyası seçkilərin "həqiqi və baş tutmuş" olduğunu təsdiqləyib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az