Prezident seçkisinin vaxtı dəyişəcək? – YAP-dan reaksiya
Bu il Azərbaycanda prezident seçkiləri keçiriləcək. Hazırda siyasi partiyalar növbəti prezident seçkilərinə hazırlıq işləri aparır. Belə bir məqamda siyasi kuluarlarda seçkilərin vaxtının dəyişdiriləcəyi ilə bağlı fikirlər dolaşır. Hətta bəzi iddialara görə seçkilər aprel ayında keçirilə bilər.
Millət vəkili, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədrinin müavini Aydın Mirzəzadə Missiya.Az-a açıqlamasında bildirib ki, bu məlumatların heç bir əsası yoxdur: "Azərbaycanın işləyən Konstitusiyası var. Növbəti seçkilər bu ilin oktyabr ayında keçiriləcək. Seçki Məcəlləsinə uyğun olaraq zamanında seçkiyə rəsmi start veriləcək. Bütün siyasi partiyalar seçki hazırlığı ilə məşquldur. Üzvü olduğum Yeni Azərbaycan Partiyasının (YAP) daxilində seçkiyə hazırlıqla bağlı işlər aparılır. Zamanı gələndə YAP namizədini elan edəcək və böyük bir inamımiz var ki, oktyabr ayında keçiriləcək seçkilərdə bizim namizədimiz qalib gələcək”.
A.Mirzəzadə qeyd edib ki, seçkilərin vaxtının qabağa çəkilməsinə ehtiyac yoxdur: "Azərbaycan inkişaf edən, hüquqi dövlətdir. Seçkilər də zamanında baş tutacaq”.
Miq.Az