Prokuror sahibkarı borca salıb - Şikayət

Prokuror sahibkarı borca salıb - Şikayət

Şamaxı sakini Rəşad Osmanlı Vizual.az-a müraciət edib.

Şəhərin Əliyarbəyov küçəsi, 12 A ünvanında yaşayan vətəndaş ticarətlə məşğul olduğunu deyib.

O iddia edib ki, bu ilin fevralında Şamaxı rayon prokurorunun müavini olmuş Ramiz Nəbiyev tərəfindən təhdid edilib. Sahibkar qeyd edib ki, prokuror müavini obyektin fəaliyyətini davam etdirməsi üçün ondan 4000 manat tələb edib.

"Məcburiyyət qarşısında qalıb "Zaminbank”dan həmin pulu faizlə götürdüm və Nəbiyevə verdim. Lakin çox çəkmədi ki, Nəbiyev tutuğu vəzifədən azad edildi.

Hazırda bankdan götürdüyüm borc faizi 5000 dolları keçib. Maddi imkanım çətin olduğundan ticarət fəaliyyətimi dayandırmalı oldum. Ramiz Nəbiyev hazırda Quba Rayon Prokurorluğnda xidmət edir. O, borcu qaytaracağını hər dəfə söz versə də əməl etmir”.

Qarşı tərəfi dinləməyə hazırıq.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az