Kişiləri daim düşündürən məsələlərdən biri də qadınların nə istədiklərini və onlardan nələr gözlədiyini bilməkdir. Çünki qadınların istək və arzuları bitib- tükənmir. İstədiklərini etdikcə, yeni şeylər istəyirlər.
“Vətəninfo.az” olaraq qadınların ən çox istədiyi 5 amili sizə təqdim edirik:
1. Qadınlar təqdir edildiyini hiss etmək istəyir ...
"Sevildiyini hiss etməlidir" deyərək başlamadığım üçün çaşmış ola bilərsiniz. Kişilərin çoxu "səni sevirəm" deyir. Amma həyat yoldaşlarını və ya sevgililərini təqdir etməzlər. Bir qadının həyatında təqdir edilmək böyük əhəmiyyət daşıyır. Bir çox qadın həyat yoldaşlarının və uşaqlarının hər ehtiyacını qarşılamağa çalışır. Lakin etdikləri fədakarlığın təqdir görməsini gözləyirlər.
Bunu da bilməlisiniz ki, təqdir etmək kifayət deyil, bunu onunla da paylaşmanız, yəni dilə gətirməyiniz lazımdır.
2. Qadınlar sevildiklərini daima eşitmək istəyirlər.
Qadınlar romantik kişiləri sevirlər. Sevdiklərinin sevgilərini tez-tez dilə gətirməyini, onlara romantik hədiyyələr almağını istəyirlər. Kişilər sevgilərini etiraf etməyi xoşlamasalar da, qadınlar bunu hər zaman gözləyirlər.
Kişilərdən nə hiss etdiklərini soruşanda, hər zaman bunu gizlədirlər. Lakin bilmirlər ki, qadınların ən böyük istəklərindən birini yerinə yetirmirlər. Çünki qadınlar hər zaman sevildiklərini bilmək istəyirlər..
3. Hər qadın özünü seksual hiss etmək istəyir.
Sevgilinizi cazibədar və seksual hesab edirsinizsə, bunu ona söyləyin. Bir qadına cazibədar olduğunu hiss etdirməyin bir çox yolu var. Məsələn, hər zaman ona sevgi dolu gözlərlə baxın. Qadınlar sevdiklərinin onlarla seksual söhbətlər etməklərini istəyərlər. Onunla xoşunuza gedən seksual mövzulardan söz edin.
Inanmadığınız ya da hiss etmədiyiniz bir şeyi əsla söyləməyin. Qadınlar yalanı çox tez anlayarlar. Ona, içinizdən gəlmədiyi halda yalnız eşitmək istədiyi şeyləri söyləməyi seçsəniz, bu münasibətinizə zərər verəcək.
4. Qadınlar onlara dəyər verən kişiləri sevirlər
Qadınlar münasibətin mərkəzində özlərini görmək istəyirlər. Eqoist adamları sevmirlər. Qadınların daxili dünyaları hər nə qədər azad olmaq istəsə də, daima qorunmağa ehtiyacları var. Yoldaşınızı ya da sevgilinizi tək buraxmayın.
Bir başqa mövzu isə hörmətdir ... Əgər bir qadında birlikdə olduğu kişiyə qarşı güvənsizlik yaranarsa, bu münasibət bitəcək deməkdir. Etibarsızlıq özü hörmət itkisini də yaradır. Əgər bir qadına hörmət göstərməsəniz, heç vaxt hörmət görməyəcəksiniz.
5. Qadınlar romantik kişiləri sevirlər.
Romantika nədir? Romantizm zehinin vəziyyətidir. Romantizm, sevgini tapmaq formasıdır. Romantizm zaman ayırmaq və sevdiyiniz üçün bir şeylər etmək deməkdir. Xarakterinizin, şəxsiyyətinizin necə olduğunun heç əhəmiyyəti yoxdur, səy göstərsəniz siz də romantik ola bilərsiniz. Bir çox qadın özünə şeir oxuyan və onlara şeir yazan, tez-tez hədiyyələr alan, gəzməyə aparan, ona çox zaman ayıran kişilərə üstünlük verirlər.
Unutmayın ki, qadınlar dünyadakı bütün gözəlliklərə sahib olmaq istəyirlər.
Könül İbrahim