"Qafqaz İmarəti"nin lideri öldürüldü
Virtualaz.org RİA Novosti-yə istinadən bildirir ki, Mahaçqala yaxınlığındakı qəsəbədə evlərdən birində mövqe quran silahlılar təslim olmaqdan imtina edərək, atəş açıblar. Keçirilmiş əməliyyat nəticəsində 5 silahlı məhv edilib.Dağıstanın Talgi qəsəbəsində xüsusi əməliyyat keçirilib.
Sonradan məlum olub ki, öldürülən silahlılardan biri "Qafqaz İmarəti” qruplaşmasının yerli qolunun başçısı Rüstəm Aselderovdur.
Federal Təhlükəsizlik Xidmətinin saytında Rüstəm Aselderovun Rusiya ərazisində törədilən bir çox terror aktlarının təşkilatçısı olduğu bildirilir. R.Aselderov Həştərxan-Mahaçqala yolunda 40 nəfərin ölümü və 100-dən çox adamın yaralanması ilə nəticələnən terror aktını hazırlayıb. O, həmçinin 2013-cü ilin dekabrın sonunda Volqoqradda dəmir yolu vağzalı və trolleybusda 34 nəfərin ölümü və 78 nəfərin yaralanması ilə nəticələnən partlayışların təşkilatçısı olub.
Məlumata görə, hadisə yerindən çoxlu sayda silah-sursat götürülüb. Polis və dinc sakinlər arasında yaralanan olmayıb.
Miq.Az