Qalmaqallı açıqlamaları, açıq-saçıq fotosessiyaları ilə daha çox müzakirə olunan müğənni Afaq Aslan başını bağlayıb.
Oxu.Az-a açıqlama verən ifaçı bildirib ki, buna səbəb tənqid olunmasıdır.
"Son zamanlar ard-arda bir neçə açıq-saçıq fotosessiya etdirdim. Buna görə çox tənqid atəşinə tuş gəldim. Yaxınlarım da mənə görə narahat oldular, məni qınadılar. Tənqidlərin çoxunu da sosial şəbəkədə yazırlar. Amma başa düşə bilmirəm ki, dünya ulduzları ölkəmizə gələndə, səhnəyə çimərlik geyimində çıxanda, onları niyə normal qarşılayırlar? Niyə onları tənqid etmirlər?
Bu günə qədər şou-biznesdə açıq-saçıq fotosessiya etdirən yeganə müğənni mən deyiləm. Müğənniyəm, ümumiyyətlə, bütün addımlarımla adi insanlardan seçilməliyəm. Sözün açığı artıq tənqidlərdən bezmişəm. Nə qədər olar axı tənqid? Yeni etdirdiyim fotosessiyanı da qapalı etdirdim ki, görüm yenə tənqid edəcəklər? Ümumiyyətlə, qərara gəlmişəm ki, bundan sonra başı bağlı imicdə gəzim. Bu imici, ideyanı da mənə stilistim Afaq verib”.