“Qanuni oğru” Qarabağda: Kriminal müharibə cəbhəyə daşınır - VİDEO

“Qanuni oğru” Qarabağda: Kriminal müharibə cəbhəyə daşınır - VİDEO
Rusiya hüquq-mühafizə orqanları 53 yaşlı Qarabağ ermənisi olan "qanuni oğru” Qayk Nikoqasyan İrəvana deportasiya edib.

Miq.az Rusiya mənbələrinə istinadən xəbər verir ki, kriminal aləmdə Ayko Qarabağski kimi tanınan "oğru” ya Rusiyaya giriş ömürlük qadağan edilib. 

Qeyd edək ki, Ayko Qarabağski ötən sərin 90-cı illərində Rudolf Oqanov tərəfindən "taclandırılıb”. O, Oqanov və Ded Xasan arasında nüfuz müharibəsinin də mərkəzində dayanan şəxslərdən biri kimi tanınır.  Rudolf öldürüldükdən sonra Ayko Qarabağski də nüfuz dairəsini müəyyən qədər itirib. Onun nüfuzunu qaytarmaq savaşında ən yaxın silahdaşı Quram Çixlidze olub. Ancaq onların səyləri o qədər də uğurla nəticələnməyib.

Ayko ilə bərabər Moskvada başqa bir "oğru”- Bəxşi Petrosyan da saxlanılıb. Petrosyan Melkadzenin ölümündə də təqsirləndirilir. Ayko Qarabağskinin Ermənistana deportasiyasından sonra bu ölkədə də normal yaşaya bilməyəcəyi deyilir. Erməni hakimiyyəti "oğru”ların siyası sistemə müdaxiləsi ehtimalının qarşısını almaq üçün onları ölkədən çıxarmağa çalışır. Buna görə də mənbələr Ayko Qarabağskinin işğal altındakı Qarabağa gedəcəyini istisna etmir. "Oğru” artıq dünən İravana göndərilib. //Cebhe.info 
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az