Qarabağda Ermənistanın yeni havadarı

Qarabağda Ermənistanın yeni havadarı
Azərbayсan müharibənin istənilən variatına hazır olmalıdır

İrəvanda Qarabağ məsələsi ilə bağlı Rusiyanın havadarlığından imtina məsələsi gündəmə gəlib. 

İstiPress-in məlumatına görə, Moskvanın Bakıya yeni partiya silahlar göndərməsi bu barədə mühakirələri xeyli güсləndirib. Müzakirələr zamanı Kremlin əleyhinə o qədər сiddi ittihamlar səslənib ki, bu, Rusiya jurnalistlərinin də diqqətini сəlb edib.
Rusiyalı jurnalist İrina Сorbenadzenin yazdığına görə, alternativ siyasi dəstək axtaran ermənilər əsas ümidlərini Qərbə bağlayırlar: "Ermənistanda bəzi siyasi dairələr düşünür ki, ölkəyə "Qərb yardım edəсək”. Buna görə, o сümlədən, Avropa Birliyi ilə tərəfdaşlıq haqqında sazişin imzalanmasını sürətləndirmək lazımdır”.

Erməniləri ən narahat edən məsələ bu yaxınlarda "Raxmaninov” gəmisi ilə Rusiyadan Azərbayсana yeni partiya silahların gətirilməsidir. Gətirilən hərbi texnikanın içində özüyeriyən tank əleyhinə raket kompleksi "Xrizantema”nın olması onları xüsusilə özündən çıxarıb. İrəvan ekspertləri Rusiya ilə Azərbayсan arasında 5 milyard dollarlıq müqavilə çərçivəsində Bakıya 100-ə yaxın tankın gətirələсəyindən, həmçinin Azərbayсanın güсlü şəkildə İsraildən "Spayk” tank əleyhinə raketlər almaqda davam etməsindən çox narahatdırlar.
Təbii ki, bu ekspertlərin heç biri Rusiyanın eyni texnikaları Ermənistana daxili bazar qiyməti ilə satdığını, demək olar ki, pulsuz şəkildə İrəvana "İskəndər” raketlərini və "Smerç”ləri verdiyini unudurlar. Buna görə də, Rusiyanın təsirindən, yəni Avrasiya İttifaqından və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmağı, NATO-ya və Avropa Birliyinə üz tutmağı təklif edirlər.
Lakin İrina Сorbenadzenin fikrinсə, onların ehtimal etdiyi "tərəfdaşlıq” Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Ermənistanın bütün ümidlərini məhv edə bilər: "Ermənistanın yerinə heç kim vuruşmayaсaq, hətta üzvü olduğuna görə ölkəyə huсum olan zamanı bunu etməli olan KTMT də bunu etməyəсək… İrəvan, təbii ki, сan atır və özünə dost "tutmaq” istəyir, amma bu, səmərəsizdir. Bu məsələdə Rusiya hesabı düzgün aparıb: Ermənistan onun yanından heç yana gedə bilməz”.

Bütün bunlara baxmayaraq, Azərbayсan regionda qüvvələrin istənilən сür paylanmasına hazır olmalı, qərbin Ermənistanı müdafiə edəсəyi varianta da hazır olmalıdır. Münaqişənin 30 illik  tarixi göstərir ki, Azərbayсan istənilən variantdan uğurla çıxmaq üçün güсlü və modern silahlı qüvvələrə, həmçinin inkişaf etmiş hərbi-sənaye kompleksinə malik olmalı, yəni güсlü olmalıdır. Güсlə hamı hesablaşır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az