"Qarabağda işğalçı ordu DARMADAĞIN olunmayınca..."- Hərbi icmalçı


"Qarabağ münaqişəsinin yaşadığımız dövründə çoxdan anlamalı, ancaq çoxluğun hələ dərk etmədiyi, bir sadə həqiqəti anlayacağıq- ideya olaraq, Qarabağın Ermənistana birləşdirilməsi ümumi erməni ideyası olsa da, Dağlıq Qarabağ separatçıları müstəqil iradəyə malikdirlər və münaqişənin lap əvvəlindən İrəvan onlara deyil, onlar İrəvana təsir edirlər." 

Bu barədə  Miq.az saytına açıqlamasında Qarabağ qazisi, hərbi icmalçı və ehtiyatda olan zabit Nazim Bayram bildirib. 

Hərbi icmalçı əməkdaşımızın "Dağlıq Qarabağ separatçıları Yerevana təsir göstərir, yoxsa əksinə" sualına cavabında bildirdi ki, Qarabağda işğalçı ordu darmadağın olunmayınca, nə Ermənistan, nə Rusiya, İran və Qərb qarabağ separatçılarına, onların maraqlarına zidd olan şərtləri qəbul etdirə bilməyəcəklər.

"Qarabağ separatçı hərbi qüvvələrin "mətbuat xidmətinin" həftəlik statiskasında atəşkəs rejiminin pozulma sayı və "açılmış atəş” rəqəmləri son aylarda artan dinamika ilə göstərilir.

Keçən həftəlik hesabatda separatçı rejim, Azərbaycan Silahlı Qüvvələri tərəfindən atəşkəsin  "200 dəfə” pozulduğunu, "1300 güllə” atıldığını iddia edirdisə,  10-16 fevral ərzində "atəşkəsin 220 dəfədən çox pozulduğunu” və "erməni mövqeləri istiqamətinə müxtəlif çaplı atıcı silahlardan 1700 dəfə atəş” açıldığını bildirir. 
Gördüyümüz kimi, Dağlıq Qarabağın erməni əhalisini Azərbaycan yox, erməni separatçı rejim müharibə qorxusunda və gərginlikdə saxlayır"-deyə Nazim Bayram bildiridi. 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az