Qarabağda müharibə ocağına yağ tökənlər

Qarabağda müharibə ocağına yağ tökənlər
Erməni spikeri azərbaycanlı həmkarına yalvarmağa məcbur edən səbəb

Dağlıq Qarabağda erməni tərəfinin canlı qüuvıəsinin və texnikasının itkilərinə səbəb olan toqquşmaların gərginləşməsindən necə qaçmaq olar? Bu məsələ İrəvanda yalnız sadə insanları deyil, həm də erməni hakimiyyətinin təmsilçilərini də düşündürür.

Azərbaycan ordusunun geniş miqyaslı təlimləri onları çox qorxudub. Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, bu təlimlrə 23 minə yaxın hərbi qulluqçu cəlb edilib. 120-dən artıq tank və zirehli maşın, çox sayda artilleriya və raket qurğuları, həmçinin yeni hərbi vasitələr də təlimlərdə iştirak edirdi.

İrəvanda hətta Azərbaycan ordusunun kütləvi hücumundan danışırmışlar. Serj Sarkisyan təcili şəkildə Təhlükəsizlik Şurasının iclasını çağırıb, yəqin ki, müzakirələrin əsas mövzusu bu məsələ olub. Ermənistan parlamentinin spikeri dərhal Azərbaycanlı həmkarını Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həllinə dəstək verməyə çağırıb. Halbkki, bu yaxınlar qədər ermənilər Azərbaycanın təmas xəttində toqquşmaları dayandırması üçün tələb irəli sürür, hətta hədə səsləndirirdilər.

Münaqişəni dinc yolla həll etmək, əlbəttə, mümkündür. Bu hər iki xalqın xeyrinədir. Amma bu, sonuncu Ermənistan əsgərinin işğal edilmiş Azərbaycan torpaqlarını tərk etməsindən sonra baş verə bilər. Qəribədir ki, bizim ölkənin bu mövqeyi bir sıra Rusiya nəşrlərini özündən çıxarır. Onlardan biri bu günlərdə bəyan edib ki, Azərbaycanın bu tələbi bütün diplomatik və beynəlxalq normalara görə nalayiqdir. Bu "beynəlxalq norma alimlərinə” Çeçenistanda baş verənləri xatırlatmaq yerinə düşərdi. Həm də Rusiya nəşrləri yazır ki, ayrı-ayrı ekseprtlərin (təbii ki, anonim ekspertlərin) məlumatına görə, Bakı Türkiyə və Gürcüstanda alyansın güclənməsinə çalışır və son nəticədə bu regionda Rusiya təsirini yoxa çıxaracaq.

Bu zaman qeyd etmək lazımdır ki, Rusiya prezidenti Vladimir Putinin fikri tamamilə fərqlidir. O da, Azərbaycan prezidenti İlham Əliyev də dəfələrlə bildiriblər ki, Rusiya və Azərbaycan müttəfiq və tərəfdaşdırlar. Amma bu, bir sıra Rusiya nəşrlərinin marağına uyğun gəlmir. Onlar üçün əsas məsələ müharibə ocağına yağ tökməkdir. //istipress.com
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az