Qaradağ İcra Başçısından dövlətə zərbə

Qaradağ İcra Başçısından dövlətə zərbə
Süleyman Mikayılov «bahalaşma mənlik məsələ deyil» deyərək, insanları binadan çıxartdırıb 

Azərbaycanın müxtəlif rayonlarında bahalaşma ilə əlaqədar keçirilən etiraz aksiyalarından sonra bütün icra başçıları maksimum dərədəcə həssas davrandıqları bir vaxtda, Qaradağın icra başçısı Süleyman Mikayılov problem yaratmağa başlayıb.

İcra başçısının atdığı bəzi addımlar isə rayonda durumu gərginləşdirə bilər.
 
Belə ki, bu gün səhər saatlarında Qaradağ İcra Hakimiyyətində qəbula gələnlərlə icra başçısı arasında narazılıq yaranıb. Daha doğrusu, bahalaşmayla bağlı etirazlarını dilə gətirən və tədbir görmək üçün Süleyman Mikayılovdan yardım istəyən insanlar qəbuldan qovulub. Bu isə camaatla rəhbərlik arasında narazılığın yaranmasına səbəb olub. 

İcra başçısı qəbula gələnlərə deyib ki, məsələ onluq deyil. /jam/

Maraqlıdır, əgər rayona rəhbərlik etmək Süleyman Mikayılovluqdursa, bəs, bahalaşmayla bağlı tədbir görmək kimlikdir? Axı, indiki həssas məqamda icra başçıları maksimum dərəcədə ortalığı sakitləşdirməyə, insanları dinləməyə çalışır ki, sabah problem yaşamasın. Amma görünən odur ki, Qaradağın icra başçısı ya vəziyyəti yaxşı analiz edə bilmir, ya da qorxusuzluğu o həddədin ki, yaşanacaq olaya əhəmiyyətsiz yanaşır. 

Qarşı tərəfin fikirlərini də dinləməyə hazırıq. 

Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az