Ölkəmizdə I Avropa Oyunlarının başlanılacağı gün yaxınlaşdıqca bu mötəbər tədbirlə bağlı hazırlıq işlərinin miqyası da genişlənir. Bu baxımdan paytaxtımızın ən böyük rayonu olan Qaradağ rayonunda həyata keçirilən tədbirlər diqqət çəkməkdədir.

Məhz bu məqsəd ilə Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov tərəfindən müvafiq sərəncam verilmiş və tədbirlər planı təsdiq edilmişdir.
Tədbirlə planına əsasən görülən işlər nəticəsində rayon ərazisindən keçən Dairəvi yol ətrafında böyük bir sahədə abadlıq işləri aparılaraq ərazidə təmizləmə işləri görülmüş, yeni torpaq qatı salınmış, mineral gübrələr səpilmişdir.

Rayonun florasının daha da zənginləşdirilməsi və gözəlləşdirilməsi məqsədi ilə Eldar şamı, zeytun, liandra, tuya və bir sıra dekorativ müxtəlif gül və ağac kolları da əkilmiş, sünu ot örtüyü salınmışdır. Bundan başqa "Bakı Avropa Oyunları 2015"in loqosu, Avropa Oyunlarında keçiriləcək idman yarışlarının şəkilləri rayon ərazisinə giriş hissədən yerləşdirilmişdir.

Bu sahədə görülən işlər davam etdirilməkdədir.

Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?