Quba Qaz İstismar Sahəsinin nəzarətçisi itkin düşdü

Quba Qaz İstismar Sahəsinin nəzarətçisi itkin düşdü
Quba rayon sakini tikin düşüb.

APA-nın verdiyi məlumata görə, rayonun Alpan kənd sakini, 1965-ci il təvəllüdlü Əlixanov Qüdsi Kasbaba oğlu yanvarın 29-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb. Evdən çıxarkən onun əynində qara gödəkcə, qara şalvar, qara ayaqqabı olub.

Yaxınlarının verdiyi məlumata görə, itkin düşən şəxs Quba Qaz İstismar Sahəsində nəzarətçi işləyib.

Bu şəxsi görənlərdən yaxınlıqdakı polis şöbəsinə və yaxud (051) 738-97-39 nömrəsinə zəng etmələri xahiş olunur.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırmalar aparılır.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az