ANS TV-nin "Adam içində" layihəsində maraqlı və eyni zamanda utancverici hadisə yaşanıb.
Verilişin qonağı qismində iştirak edən müğənni Elşad Qarayev birbaşa yayım bitdikdən sonra sürprizlə qarşılanıb.
Bir qadın yeni doğulmuş körpəsi ilə ANS-ə gələrək verilişin bitməsini gözləyib. Elgiz Əkbər, Afət Rahilqızı və layihənin digər əməkdaşları qadının şikayətçi olduğunu düşünüblər. Lakin uşaqlı qadın qəfildən verilişdən çıxıb studiyanı tərk etməyə hazırlaşan Elşad Qarayevə tərəf gedib. Qucağındakı uşağın atası olduğunu deyib və körpəyə sahib çıxmasını tələb edib.
Baş verənlərin bir zarafat olduğunu zənn edən Elşad Qarayev hər şeyi gülərək qarşılayıb. Hətta özü də zarafat edib. "Uşaq mənə yaman oxşayır, amma anasını xatırlaya bilmirəm"- deyərək gülüb.
Qadın körpəsini pilləkənlərin üstünə atıb studiyanı tərk etdikdə ifaçı məsələnin nə dərəcədə ciddi olduğunu anlayıb. Verilişin aparıcıları Elgiz və Afət müğənninin sorğu-suala tutduqda, qadının dediklərinin şər və böhtandan artıq bir şey olmadığını deyir.
Anası tərəfindən atılmış uşağı "Adam içində"nin ekspertlərindən biri Nüşabə Səlimova xəstəxanaya yerləşdirib.
Afət Rahilqızı bugünki verilişdə məsələnin müzakirə olunacağını deyir.
Qeyd edək ki, Elşad Qarayevin oğlu Rəvan keçən il eyni vəziyyətlə rastlaşmışdı. Əvvəllər tanış olduğu bir qız, dünyaya gətirdiyi uşağın atasının Rəvan olduğunu iddia edirdi. Lakin DNT analizləri ananın iddialarının əsassız olduğunu üzə çıxardı.
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər