Ermənistan Azərbaycanın istənilən çiçəklənmiş yaşayış məntəqəsini Ağdam kimi xarabazarlığa çevirə bilər - Serj Sarkisyan hədələdi
"Ermənistanın 300 kilometrə qədər vura bilən ballistik raketləri var və onlar qısa müddətdə Azərbaycanın istənilən çiçəklənmiş yaşayış məntəqəsini Ağdam kimi xarabazarlığa çevirə bilər”.
İnterAz ANS PRESS-ə istinadən xəbər verir ki, bunu Ermənistan prezidenti Serj Sarkisyan bu günkü erməni mətbuatına bildirib. Sarkisyan indiyə kimi Ermənistan rəhbərliyi tərəfindən edilməmiş bir etirafı da səsləndirib. “Bəli, mən çəkinmədən bildirirəm ki, Azərbaycanın Silahlı Qüvvələri Naxçıvandan İrəvana girə bilər. Amma bu cür hadisələr cəzasız qalmır”,- deyə Serj Sarksiyan bildirib.
Sarkisyan dolayısı ilə Azərbayjan ordusunun güclü olmasını da etiraf edib. “Heç zaman qürur verən rəqəmləri götürüb hesablama aparmaq olmaz ki, bizim ümumi daxili məhsul (ÜDM) bu qədərdir, Ermənistanınkı bu qədər. Bizim tanklar bu qədərdir, Ermənistanınkı bu qədər və əgər hərbi əməliyyatlar başlayarsa, biz qələbə çalacağıq. Amma bu o demək deyil ki, ÜDM, pul və tankların sayının əhəmiyyəti yoxdur. Mən bu barədə danışmıram. Əlbəttə ki, əhəmiyyəti var. Amma bu, yetərli deyil”,- deyə Serj Sarkisyan bildirib.
Qeyd edək ki, Ermənistan prezidenti Serj Sarqsyan qəflətən qısa müddətli məzuniyyətə gedib.
O, məzuniyyətinin bir hissəsini ölkədən xaricdə keçirəcək.
Bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Deputatdan “Azəristiliktəchizat"a etiraz: "Qonşusunun istiliyin pulunu ödəməməsi bina sakinlərinin günahı deyil"
Gənclərin şəxsi və peşəkar inkişafına dəstək məqsədilə təlim proqramı təşkil olunub
“ƏSASSIZ BAHALAŞMA GENİŞ YAYILIB, QARŞISI ALINMALIDIR” - “Dövlət müdaxilə etməsə, qiymətlər artmaqda davam edəcək”
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Novella Cəfəroğlu: “Yağış yağanda şəhəri su basırsa, dövlət qurumları millətin qarşısında cavab verməlidirlər”
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
General Natiq Əliyevin qızı saxlanıldı
Hərbçilərə mənzil əvəzinə pul verilsin, polislərin maaşı artırılsın – Qüdrət Həsənquliyev
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF
“GƏNCƏVİ” jurnalının təqdimat tarixi müəyyənləşib
Natiq Əliyevin qızından şikayətçi olan da general imiş - Foto
“Regionlarda problemlərin işıqlandırılmasına maneələr yaradılır” -DEPUTAT
Naqif Həmzəyev "səlahiyyətimiz yoxdur" dedi, Ziyafət Əsgərov isə...
Dağ kəndlərində qaz və işıq limiti ləğv edilsin - TƏKLİF