"Bakı 2015 - Avropa Oyunları: İdman Tarixinin Yeni Mərhələsi" adlı layihə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və "Yeni Gələcək" Gənclərin Maarifləndirilməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilirdi. Layihənin bağlanış mərasimində Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “Yeni Gələcək” Gənclərin Maarifləndirilməsi İctimai Birliyin baş katibi Ağamir Ağamirov, Gənclər üçün Təhsil Mərkəzinin icraçı direktoru Fəxrəddin Həsənzadə və rayonun fəal gəncləri iştirak etmişdir.

Layihənin keçirilməsində məqsəd "Bakı 2015 - Avropa Oyunları"na daxil olan idman növlərinin təbliği, gənclərin maarifləndirilməsi, onların asudə vaxtının səmərəli təşkili, yeniyetmə və gənclərin idmana cəlb edilməsi olmuşdur. Xatırladaq ki, layihə 10 gün davam etdi və rayon ərazisində yerləşən ali və orta ixtisas təhsil müəssisələrində keçirilmişdir. Ümumilikdə layihədə 1000 nəfərdən çox gənc iştirak etmişdir.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?