"Foto jurnalistika” mövzusu üzrə təlim təşkil olunub

"Foto jurnalistika” mövzusu üzrə təlim təşkil olunub

Azərbaycan Uşaqlar Birliyi (AUB) tərəfindən həyata keçirilən və İREX Beynəlxalq Təşkilatı tərəfindən maliyyələşdirilən “Deməyə sözümüz var” foto jurnalistika vasitəsilə həssas təbəqədən olan uşaq və gənclərin gözü ilə sosial reinteqrasiya fəaliyyəti layihəsi çərçivəsində aprel ayının 14 və 15-si “Foto jurnalistika” mövzusu üzrə təlim təşkil olunub.

Bu barədə məlumatı “ Vətəninfo.az”ın təşkilatın mətbuat ximdətindən bildiriblər.

“Təlimə Bakı, Lənkəran, Bərdə və Naxçıvanda orta məktəb, internat, peşə təhsili, liseylərdən, eləcə də, AUB nəzdindəki Uşaq Sığınacağından ümumən 25 nəfər yeniyetmə və gənc cəlb olundu. 

AUB ofisində keçirilən təlimdə peşəkar fotoqraf və bu sahədə ABŞ-ın Maryland Institute College of Art təşkilatının təlimlərini bitirmiş sosial işçilər yeniyetmələrə foto tarixi haqqında ilkin biliklər, məşhur fotoqrafların işlərinə baxış və həyatları bərədə qısa məlumat vermiş, fotoaparatla texniki tanışlıq, maraqlı foto şəkillər ətrafında müzakirələr aparmışlar. Sonra kiçik qruplara bölünən təlim iştirakçıları şəhərin müxtəlif yerlərində maraqlı görüntüləri fotoapratla çəkdi. 

Təlim zamanı çəkilən fotolar ətrafında müzakirələr aparılmış, təlimçilər yeniyetmə iştirakçılara çəkdikləri fotolardakı texniki səhvləri göstərmişlər. Daha sonra portret, ümumi görüntülər və s. fotoların çəkilmə texnikasına yiyələnən uşaqlar növbəti dəfə şəhərdə fotosessiyalar yerinə yetirmişlər.

Aprelin sonunda bir daha bir araya gələcək qrup, çəkdikləri fotolar arasından ən yaxşılarını seçib onlara maraqlı və cəlbedici adlar qoymaq ətrafında işləyəcəklər.

Təlimdən sonra 2012-ci ilin sentyabr və oktyabr aylarında iştirakçılar Bakı, Gəncə və Biləsuvar regionlarına səfər edəcəklər və onların çəkdikləri şəkillər sosial şəbəkələrdə, digər yeni media vasitələri ilə geniş şəkildə ictimaiyyətə təqdim olunacaqdır. Həmçinin uşaq və gənclərin çəkdikləri şəkillər layihə çərçivəsində təşkil olunacaq sərgilərdə nümayiş olunacaqdır.

Qeyd etmək lazımdır ki, layihənin məqsədi, həssas təbəqədən olan uşaq və gənclərin yeni media texnologiyalarından istifadəsini artıqmaq və onların cəmiyyətə səmərəli inteqrasiyasına və foto jurnalistika vasitəsilə öz fikirlərini və sosial mesajlarını cəmiyyətə, xüsusən də hökumət təşkilatlarına çatdırmağa kömək etməkdir. 

Layihə bu ilin sonu başa çatacaqdır”-deyə, təşkilatdan söylədilər.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az