"Gül bayramı" ilə əlaqədar hazırlıq işləri artıq yekunlaşmaq üzrədir

"Gül bayramı" ilə əlaqədar hazırlıq işləri artıq yekunlaşmaq üzrədir

Bakıda keçiriləcək "Gül bayramı" ilə əlaqədar hazırlıq işləri artıq yekunlaşmaq üzrədir. Vətəninfo.az ANS PRESS-ə istinadən məlumat verir ki, paytaxtın bütün park və istirahət mərkəzləri bəzədilir.
Parklarda müxtəlif növ güllər əkilib. Gül kompazisiyaları arasında ölkənin milli adət-ənənələrini əks etdirən atributlar, tarxi abidələr var. Bundan başqa, Bakı-2015 Birinci Avropa Oyunlarını tərənnüm edən loqo formalı gül çələngləri də hazırlanır.
Əhalinin ən çox axın etdiyi Heydər Əliyev Sarayının qarşısındakı parkda da hazırlıq işlərinə yekunlaşmaq üzrədir. Çiçəklərin formaya salınması üçün lazım olan taxta və dəmir konstruksiyaların quraşdırılmasına başlanılıb. Hazırlıqların görülməsi üçün parkda xüsusi çadırlar qurulub.
Bakı Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə görülən işlərdə güllərin düzülməsi mərhələsinə kimi hazırlıqların mayın 5-nə qədər yekunlaşması nəzərdə tutulur.
Qeyd edək ki, ötən illərdən fərqli olaraq, bu il təkcə Heydər Əliyev Sarayının qarşısındakı parkı deyil, həmçinin “Qış bulvarı”nı da bəzəyəcəklər. Bayramla bağlı Bakıya Hollandiya, İtaliya, Fransa, Almaniya və digər ölkələrdən müxtəlif növ güllər gətiriləcək. Heydər Əliyev Sarayının qarşısındakı parkda yerli dizaynerlərlə yanaşı, xarici ölkələrdən gələn dizaynerlər də çalışacaq. Builki gül bayramında fərqli mənzərələrin də şahidi ola biləcəyik.
Belə ki, Heydər Əliyev sarayının qarşısındakı parkda, Azərbaycanın müxtəlif tarixi abidələrinin maketini də görmək mümkün olacaq.
Bundan başqa, hər il olduğu kimi bu il də Bakı bulvarında mövsümü güllərin, kolların və ağacların əkilməsinə başlanılıb. Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov ANS PRESS-ə verdiyi məlumata görə, "Gül bayramı" ilə əlaqədar bulvar ərazisi də bəzədiləcək. Mövsümü güllər əkiləcək.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az