“İlk Avropa Oyunları Azərbaycanın iqtisadi, siyasi və idman həyatında mühüm rol oynayacaq”. Bunu Vətəninfo.az-a Yeni Azərbaycan Partiyası Gənclər Birliyi ofisinin koordinatoru Aliyə Ağrılı deyib. Onun sözlərinə görə, bu mötəbər tədbirin ölkəmizdə keçirilməsi böyük bir tarixi hadisədir və ölkəmiz bu yarışlardan sonra dünyada daha da tanınacaq: “İlk Avropa Oyunlarının təşkili respublikamızın dünyadakı nüfuzunu daha da artıracaq. Oyunların təşkili həm də ölkəmizdə turizmin inkişafına böyük təkan verəcək. Bilirsiniz ki, ilk Avropa Oyunları ilə bağlı nəqliyyat sistemi, infrastruktur müasirləşdirilir. Bütün bu görülən işlər isə bir irs olaraq gələcək nəsillərə ötürüləcək. Məsələn, Oyunlarla bağlı yaradılmış təhlükəsizlik və nəqliyyat sistemindən sonralar da istifadə ediləcək. İlk Avropa Oyunları digər tərəfdən Azərbaycanın bütün dünyada nüfuzunu artırmaqla yanaşı, idmanımızın maddi-texniki bazasının güclənməsinə də şərait yaradacaq. Müasir standartlara uyğun tikilən idman obyektlərindən xalqımız istifadə edəcək. Bundan başqa, bu oyunlar respublikada digər sahələrin inkişafına da böyük təkan verəcək. Biz gənclər isə ölkəmizdə gedən bu inkişafı gördükcə qürurlanırıq”.
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ