ATV telekanalında müğənni Rəqsanənin aparıcılığı ilə yayımlanan “Göz önündə” verilişi cəmiyyətə birmənalı qarşılanmayıb. Məsələyə Milli Məclisin Məclisin Mədəniyyət komitəsinin sədri, millət vəkili Nizami Cəfərov da etiraz edib.
Deputat qeyd edib ki, müğənnilərin sosial, ictimai, mədəni-mənəvi xarakterli verilişlərə aparıcılıq etmələrini heç vaxt yaxşı qiymətləndirməyib:
“Bizim müğənnilərdə həmin tip verilişləri aparmaq qabiliyyəti yoxdur. Çünki lazımi məktəb keçib gəlmirlər, ictimai-siyasi proseslərdən xəbərləri olmur, cəmiyyət həyatının problemlərindən üzdən xəbərləri olur. İntellektləri çox zəifdir. Ona görə onların sosial, ictimia xarkterli, mədəni-mənəvi veriliş aparmaları uğurlu olmur”.
N.Cəfərov bu cür addımla televiziyaların özlərinin peşəkarlığının, səviyyəsinin müəyyənləşdiyini vurğulayıb. “Qeyd edilir ki, Azərbaycan cəmiyyəti yüngül verilişlərə baxır. Azərbaycan tamaşasının böyük zövqü və tələbləri var. Hər hansı telekanalda müğənni-aparıcının verilişinin keyfiyyəti barədə təsəvvürlər kifayət qədərdir. Ümumiyyətlə, televiziyalarımız müstəqildir və proqram siyasətini özləri müəyyənləşdirir. Bir prinsip var ki, veriliş səviyyəli və keyfiyyətli olsun”.
Modern.az
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?