Bu sözləri Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli musavat.com-a açıqlamasında bildirib.
V.Səfərli vurğulayıb ki, hazırda tikinti işləri davam edir: “Jurnalistlər üçün tikilən binada işlər dayandırılmayıb, davam edir. Ancaq onu demək çətindir ki, bina bu ilin sonuna qədər təhvil veriləcək ya yox... İş gedir. Binanın təhvil verilməsi növbəti il üçün nəzərdə tutulur. Biz istəyirdik ki, ilin sonuna qədər yekunlaşsın, görək necə olacaq”.
Yeni tikilən bina 17 mərtəbədən, 3 blokdan, 255 mənzildən ibarət olacaq.
Xatırladaq ki, 2010-cu il iyulun 22-də Prezident İlham Əliyev mətbuat işçilərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması və onlar üçün yaşayış evlərinin tikilməsi məqsədi ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fonduna 5 milyon manat vəsait ayırıb.
2013-cü il iyulun 22-də jurnalistlər üçün Bakının Bibiheybət qəsəbəsində tikilmiş çoxmərtəbəli bina istifadəyə verilib.
Ümumilikdə 156 Kütləvi İnformasiya Vasitələrinin (KİV) nümayəndəsi mənzillə təmin olunublar. Elə həmin gün növbəti binanın təməli qoyulub.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?