"Kişiyə xas olmayan obrazları oynamaram" - Müsahibə

"Kişiyə xas olmayan obrazları oynamaram" - Müsahibə

Bu dəfə müsahibim gənc aktyor Hacı Nazimoğludur.

-  Aktyorluğa həvəs uşaqlıqdan var idi yoxsa təsadüfən bu sənətə gəlmisiniz?

- Hər bir insan özünü gələcəkdə müəyyən yerdə görməsini arzu edir və uşaqlıqdan bu mənim arzum olub.Televiziya filmlərinə baxarkən bir gün mənim də film aktyoru olmağımı təsəvvür etmişəm. Uşaqlıqdan olan bu arzumun reallaşması üçün əlimdən gələni edirəm və öz üzərimdə çalışıram.

- Sizin üçün aktyorluq nə deməkdir?

- Aktyorluq mənim üçün böyük bir sahədir, yəni insan öz simasında rollara girərək hər kəsə ibrət vərməyə calışır. Cəmiyyətin diqqətində olan bütün problemləri aktyor həm komedik, həm faciəvi və bir cox janrlarda insanlara çatdırır və bu mənim üçün çox xoş olan bir sahədir ki, mən bu sahədə insanlara nəyin doğru, nəyin yalnış olduğunu göstərməyi bacarıram. - Gənc aktyor kimi kimlərdən nümunə götürürsünüz? - Əslində nəyinki mən, hətta bir çox gənc aktyorlarımızın nümunə götürəcəyi bizim çox gözəl aktyorlarımız var ki, bunlardan Adil İsgəndərov, Həsənağa Turabov, Məlik Dadaşov, Səməndər Rzayev, Rasim Balayev, Həsən Məmmədov, Hamlet Xanızadə, Fəxrəddin Manafov, Vidadi Həsənov və adlarını çəkə biləcəyimiz bir cox aktyorları özümə nümunə götürürəm.

- Aktyorlarda hansı keyfiyyətləri bəyənmirsiniz?



- Aktyor özü də bir insandır. İnsanlarda da nə xoşa gəlməyən xüsusiyyətlər varsa, onları da bəyənmirəm .

- Sənətə serialla başlamısınız.Teatrda çalışmağı düşünürsünüzmü?


-Bəli, bu sənətə serialla başladım. Amma mənim üçün teatr bir məktəbdir və gələcəkdə teatrda çalışmağı düşünürəm. Niyə də olmasın?

- Sonuncu dəfə nə zaman teatra getmisiniz və hansı tamaşanı izləmisiniz?


- Teatrda oluram. Vaxtaşırı tamaşalarımızı izləmək mənim üçün böyük fəxrdir. Kino sahəsində olduğuma görə daha çox kinoteatra gedirəm və sonuncu dəfə hörmətli millət vəkili Aqil Abbasın ssenarisi əsasında quruluşcu rejissoru Elxan Cəfərov olan “Dolu” filiminin təqdimatında olmuşam.

- Seriallarımızın durumu sizcə hansı vəziyyətdədir?


- Hal–hazırda bizim seriallar başlanğıc mərhələsində olduğuna görə, hər şey əladır. Qarşıdakı illərdə bizim seriallarında kifayət qədər reytinq qazanacağına inanıram.Nə bizim rejissorlar, nə də aktyorlar heç bir xalqın nümayəndəsindən geri qalmır. Hətta yüksək səviyyədədir.

- Yerli və ya xarici seriallardan izlədikləriniz varmı?  


- Yerli seriallarımızın hamısını izləyirəm. Çünki bu Azərbaycanın adıdır, bunu izləməmək olmaz. Xarici seriallardan türk seriallarına üstünlük verirəm, kifayət qədər türk serialı izləyirəm və lazım olan məqamlarda türk seriallarından bəhrələnirəm.

- Rejissorlar tərəfindən mənfi rollara dəvət alırsınız. Bunun səbəbi nədir?


- Aktyor üçün mənfi və yaxud müsbət obraz fərqi olmamalıdır. Qaldi ki, mənim rejissorlar tərəfindən mənfi obrazlara dəvət almağım, əgər mən bu obrazda tanınıramsa, bu mənim uğurumdur.

- Sizin üçün mənfi obrazı canlandırmaq asandır yoxsa müsbət? 


- Nəzərinizə catdırım ki, perspektivli, təcrübəli aktyor üçün rolun çətini, asanı yoxdur. Hər rolu mənimsəyib, özününküləşdirib rahat bir şəkildə tamaşaçıya çatdırmaq aktyorun borcudur.

- Hansı obrazları canlandırmazsınız?


- Kişi xarakterinə xas olmayan obrazları canlandırmaram.

- Arzusunda olduğunuz obraz hansıdır?


- Gənc aktyor kimi nəzərimdə bir çox müsbət və mənfi obrazları canlandırmağı planlaşdırmışam. 

- Özünüzü komediya janrında sınamaq istərsinizmi?


- İndiyə qədər oynamamışam. Bu haqda gələcəkdə düşünəcəm.

- Hazırda sənətinizdə hansı yeniliklər var?


-  Bir çox yeni çəkilməkdə olan seriallardan artıq təkliflər gəlib. Hal-hazırda rejissor Kənan Mahmudovun çəkdiyi “Ləkə” serialında rol almışam və orada rolum davam edəcək. Öz üzərimdə işləyirəm və qarşıda da bir çox yeniliklərlə sizlərin qarşısına çıxacam.

- Portalımıza son sözünüz?


- Hər zaman biz gənclərə dəstək olan Veteninfo.az xəbər portalına öz minnətdarlığımı bildirirəm və mən Haci Nazimoğlu sizlərə də işlərinizdə uğurlar arzulayıram.




Könül İbrahim

Vətəninfo.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az