Vətəninfo.az-ın məlumatına görə, Təhsil Şurasının sədri Əjdər Ağayev Modern.az saytına bildirib ki, ötən il imtahan verən abituriyentlərin yüksək savadı olsaydı, elə həmin il müvafiq yerlər tutardılar: “Deməli, bu abituriyentlər ötən ildən zəifdirlər. Amma ötən müddətdə onlar daha yaxşı hazırlaşa bilərdilər.
Görünür, bu da lazımi səviyyədə olmayıb. Buna görə də aşağı nəticə göstəriblər. Zənnimcə, məsələnin kökündə həmin şəxslərin oxuduğu ümumtəhsil məktəblərində təhsilin aşağı səviyyədə olması dayanır.
Bakıdakı bir sıra məktəbləri çıxmaq şərti ilə regionlardakı məktəblərin əksəriyyəti lazımı səviyyədə təhsil verə bilmir. Niyə? Çünki orda uşaqlar və müəllimlər məktəbə aid olmayan işlərə cəlb olunur. İcra hakimiyyətləri təhsil prosesinə müdaxilə edir.
Lazımı keyfiyyətli laboratoriyanın yaradılması və digər fayda verəcək işlərin görülməsinə yardımçı olmurlar. Hesab edirəm ki, regional təhsil idarələrinin yaradılmasına ehtiyac var. Bu idarələr yaradılanda yerli icra hakimiyyətlərini təhsili bilməyən başçılarının yersiz müdaxiləsinin qarşısı alına bilər. Müəllimlərin ixtisas hazırlığı da ardıcıl aparılmalıdır.
Bununla yanaşı, məktəblərə nəzarəti də artırmaq lazımdır. Bu gün məsuliyyət çox aşağıdır. Qanun əsas olsun, pedaqoji tələblər yerinə yetirilsin, qiymət də obyektiv verilsin.
Bunlar həyata keçirilməyənə qədər məktəblərdə təhsilin səviyyəsi aşağı olacaq və abituriyentlər də aşağı nəticələr göstərəcəklər. Məsələni kökündən həll etmək lazımdır”.
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər