Dünən Milli Fikir Mərkəzinin Qadın Qolunun təşkilatçılığı ilə şəhərdə "Qadın niyə hədəfdədir?" mövzusunda sorğu keçirilib.
Ümumi sorğudan belə nəticəyə gəlinir ki, qadınların əksəriyyəti qadın hüquqlarıyla bağlı təşkilat adları bilmirlər. Bu barədə “Vətəninfo.az”a MFM-dən məlumat verilib. Sorğuyla birlikdə, qadının cəmiyyətdə olan rolunu çatdırmaq məqsədi ilə Milli Fikir Mərkəzinin qadın qolunun üzvləri şəhərdə kartlar paylayıblar. Azərbaycanda 13-15 yaşlı qızlar arasında abort 30000-ə çatıb, 17000 nigahdan kənar uşaq doğulur, il ərzində 9000 boşanma olur və bunun bütün zərbəsi qadına dəyir. Qadın cəmiyyətin nüvəsidir. Qadına dəyən zərbə cəmiyyətə dəyən zərbədir. Amma sorğudan da gördük ki, bütün qadınlar bu vəziyyətdən narazı olsalar da çox az hissəsi nə isə etməyə hazırdır.
Qeyd edək ki, Milli Fikir Mərkəzi idarə heyyətinin qərarı ilə qadınlara onların hüquqlarını çatdırmaq, onların ictimai həyatda fəallıqlarını artırmaq üçün Milli Fikir Mərkəzinin Qadın Qolunu yaradıb.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?