Aparıcı İlkin Həsəni şəxsi həyatından danışıb.
O, Axşam.az-ın əməkdaşı ilə söhbətində sevgilisi olması ilə bağlı xəbərlərin səs-küy doğurmasından təəccübləndiyini bildirib:
“Bu yaxınlarda sosial şəbəkədə “münasibətdəyəm” statusunu yazmağım çox səs-küyə səbəb oldu. Bir günün içində 4 min insan bəyəndi, bütün saytlar yazdı. Bu qədərin gözləmirdim. Mənin şəxsi həyatım bu qədərmi maraqlıymış? Bu ilk mərhələ idi. Orada nişanlanmaq var, toy var... Hər şeydən həmkarlarımı xəbərdar edəcəm”.
İ.Həsəni “Bu xəbərdən sonra sizdən inciyən, mesaj yazan xanımlar oldu” sualına belə cavab verib:
“Heç kimə söz verməmişəm ki, səni alacam. Sadəcə həyatımı yaşamışam. İndi də qarşıma biri çıxdı və ciddi münasibət qurdum. Qərar verdim ki, bunu hamı bilsin. Mən gündəmdə olan, tanınmış biriyəm. Amma şəxsi həyatı, ailəni gündəmə gətirməyi sevmirəm”. Aparıcı toyun mediaya açıq olub-olmamasından da danışıb:
“İndi telefon zəmanəsidir. Nəyi gizlətməyə çalışsan da, bacarmayacaqsan. Ona görə də mən həmkarlarımdan xahiş edəcəm ki, bəzi məqamları lentə almasınlar. Ümid edirəm ki, məni başa düşəcəklər”.
Vətəninfo.az
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?
“Azərbaycan və Türkiyəni açıq qarşıdurmaya çəkmək istəyirlər” – Sabiq nazirdən sensasion
BDU-nun müəllimləri DƏLƏDUZ "PROFESSOR"UN toruna düşüb
Çingiz Abdullayevdən Polad Bülbüloğluna dəstək — FOTO