“Azərbaycanda dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənməsi ilə bağlı işlər həyata keçirilməkdədir”. Vətəninfo.az Trend-ə istinadla xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş nazirinin müavini, YAP-ın Sədr müavini, icra katibi Əli Əhmədov deyib.
Baş nazirin müavini qeyd edib ki, artıq bununla bağlı qanunvericilikdə müvafiq dəyişiklik edilib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fərmanı ilə bu dəyişiklik təsdiq olunub:
“Növbəti mərhələdə dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənməsi qaydaları təsdiq olunacaq. Bu qaydalar hazırdır və yaxın zamanlarda təsdiq olunacaq. Ondan sonra isə ölkədə dərmanların qiymətinin dövlət tərəfindən tənzimlənməsi prosesi həyata keçiriləcək”.
Ə. Əhmədov vurğulayıb ki, bu texniki baxımdan xeyli vaxt tələb edən bir prosesdir: “Amma, məqsədimiz ondan ibarətdir ki, Azərbaycanda dərmanların qiyməti süni şəkildə şişirdilməsin. Təəssüf ki, indiki halda belə hallara rast gəlmək mümkündür. Bundan başqa dərmanların keyfiyyətinin daha da artırılması əsas məqsədlərimizdən biridir. Çünki, insanlarımız nə dərmanların keyfiyyətinin aşağı olmasından nə də qiymətinin yüksək olmasından əziyyət çəkməsinlər. Güman edirəm ki, qaydalar hazırlanıb, həyata keçirildikdən sonra əsas məqsədlərə çatmaq mümkün olacaq”.
Generalın göz yaşlarında bir Vətən vardı…
Daşkəsənin Vətən müharibəsindəki SINAĞI - Əhəd Abıyevdən AÇIQLAMA
HAVA NƏQLİYYATINDA BAŞ GÖMRÜK İDARƏSİNDƏ 27 SENTYABR – ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ TƏDBİR KEÇİRİLİB
Masallıda 7 şəhid məzun yetişdirən məktəb: “Təmir”dəki çatlar və cavabsız suallar
“Nemi Manor” İncəsənət Mərkəzinin təntənəli açılışı keçirilib
Uğur qazanan gənclər gələcəyə addımlayır - FOTOLAR
Ramiz Mehdiyev işində sensasion adlar -ÖZƏL
“Əgər bilsəydim ki, Ramiz Mehdiyev...”
Azərbaycan neftinin qiyməti 107 dolları ötdü
Aliment məbləği artırılır?