Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən nümunəvi addım - BORCLARI SİLİNƏCƏK

Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən nümunəvi addım - BORCLARI SİLİNƏCƏK

Mayın 19-da paytaxtın Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi xüsusi qərar qəbul edib.

Bu barədə Rabitə və Yüksək Texnologiyalar Nazirinin müşaviri Müşfiq Əmirov məlumat verib. Belə ki, zərəçəkənlərə öz dəstəyini göstərmək üçün həmin yaşayış binası sakinlərinin bütün telefon və internet borcları nazirlik hesabına ödəniləcək.

Müşfiq Əmirov bildirib ki, yanmış binanın sakinləri qarşıdakı aylarda məskunlaşacaqları istənilən yerlərdə və mənzilləri bərpa olunduqdan sonra öz evlərində telefon və internet xətlərinin çəkilməsi pulsuz həyata keçiriləcək.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az