Radikal təşkilatlara bu ölkələr dəstək verir – Adlar
Amnesti İnternəşnl beynəlxalq təşkilatı Suriyadakı radikal qruplaşmalarla bağlı hesabat yayıb.
Axar.az xəbər verir ki, hesabatda silahlı qruplaşmalar adam oğurluğunda, işgəncə və qətllərdə ittiham edilib.
Təşkilatın məlumatına görə, 2015-2016-cı illərdə Hələb və İdlib vilayətlərində 24 insan oğurluğu faktı qeydə alınıb.
Qurbanlar arasında uşaqlar, kürdlər, xristianlar və digər azlıqlar üstünlük təşkil edib.
Təşkilat üsyançı qruplara ABŞ, Səudiyyə Ərəbistanı, Qətər və Türkiyədən maddi dəstək gəldiyini qeyd edib.
Miq.az