“Vətəninfo.az”ın verdiyi xəbərə görə, aprel ayının 13-dən (Ramil Səfərova ömürlük həbs kəsildiyi gün) başlayaraq ramilsafarov.com saytı yeni bir müsabiqə elan edir.
“Bildiyiniz kimi, Macarıstanda ömürlük həbs cəzası ilə məhkumluq həyatı yaşayan, ordumuzun sabiq zabiti Ramil Səfərov artıq 3 ildir ki, tərcümə işi ilə məşğul olur. Ramil bu müddət ərzində 2 kitabın tərcüməsini bitirərək oxucularına təqdim edib və artıq üçüncü kitabın tərcüməsini tamamlamaq üzrədir.
Zabitimizə bu faydalı işində mənəvi dəstək vermək və tərcümə fəaliyyətinin inkişafı məqsədilə saytımız yeni layihəyə start verir.
Belə ki, zabitimizin macar dilindən tərcümə etdiyi “Pal küçəsi oğlanları” və ya “Qapı” əsərlərindən birinin tərcüməsi haqqında öz fikirlərinizi, iradlarınızı, təklif və məsləhətlərinizi yazaraq saytımızın [email protected]/* */ elektron ünvanına göndərə bilərsiniz. Layihəmiz bir ay davam edəcək və sonda topladığımız məktublar zabitimizin özünə göndəriləcək. Saytımızın təyin etdiyi münsiflər və Ramil Səfərov tərəfindən ən çox bəyənilən və obyektiv hesab edilən üç məktubun müəllifinə Ramil Səfərovun öz imzası ilə tərcüməçisi olduğu kitablardan biri hədiyyə olunacaq.Layihənin şərtləri:
Məktublar bir səhifədən artıq olmamalı;
Məktublarda təhqir, söyüş, etikadan kənar sözlər yazılmamalı;
Mövzudan kənar cümlələr çoxluq təşkil etməməli.
Layihənin məqsədi zabitimizin tərcümə etdiyi əsərlərə diqqəti artırmaq, ona dəstək olmaq və “Biz hər zaman səninləyik!” mesajını verməkdir”.
Elnur Eltürk
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
Məmməd Musayev əlbir olduğu sahibkarlarla birgə HƏBS EDİLDİ
Elman Nəsirov: "Dünyanın heç bir yerində xəyanətkar bağışlanmır"
“10 mini olanın atasına lənət...” - O mülklər Əhəd Abıyevindir?
Peskovdan Bakıdakı gizli görüşlə bağlı AÇIQLAMA
Sumqayıtda məşhur gimnaziyanın taleyi sual altındadır: İcra başçısı stadionu satıb?
"Azərbaycan Ermənistanın yolu ilə gedir, sonu yaxşı olmayacaq" - Rusiyadan HƏDƏ
Deputat: “Xaricdə mühacirlərlə görüşməyimizdə hər hansı problem yoxdur, çünki deməyə sözümüz var”
Deputat: “İran tərəfi bilməlidir və bilir ki, Azərbaycan Televiziyası dövlət kanalıdır, dövlətimizi təmsil edir”
İcra başçıcı Leyla Əliyevanın açılışını etdiyi parkı satıb? -GECƏLƏR AĞACLAR KƏSİLİR
İranın AzTV qərarının görünməyən tərəfi – Ölkədə həbslər ola bilər